Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Qrup 80 Qalay və ondan hazırlanan məmulatlar

Qeyd:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakı mənaları bildirir:

a) Çubuqlar — yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı («yastı dairələr» və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə — bərabər uzunluqlu və paralel düzxətli olan «şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı («şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni forma və ölçülü, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

b) Profillər- yayılmış, preslənmiş, dartılmış və ya döyülmüş, buxtalara sarınmış və ya sarınmamış və bütün uzunluğu boyu sabit en kəsiyi olan və çubuq, məftil, təbəqə (vərəq), plitə, zolaq və ya lent, folqa, boru və ya borucuq anlayışlarına uyğun gəlməyən məmulatlar. Bu termin həmçinin tökmə və bişmə yolu ilə hazırlanmış, eyni formalı, hazırlandıqdan sonra emal olunmuş (qırıntıların və oksid qalıqlarının təmizlənməsindən başqa) məmulatlara da aid edilir, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

v) Məftil- buxtalara sarınmış, yayılmış, preslənmiş və ya döyülmüş və bütün uzunluğu boyu en kəsiyinin forması dairə, oval, düzbucaqlı (kvadratlar daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı («yastı dairələr» və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə — bərabər uzunluqlu və paralel düzxətli olan «şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla) şəklində olan məmulatlar. En kəsiyi düzbucaqlı (kvadrat daxil olmaqla), üçbucaq və çoxbucaqlı şəklində olan məmulatların bütün uzunluğu boyu dəyirmilənmiş bucaqları ola bilər. En kəsiyi düzbucaqlı («şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla) şəklində olan belə məmulatların qalınlığı onların eninin 0,1-dən artıq olmalıdır.

q) Plitələr, təbəqələr (vərəqlər), zolaqlar və ya lentlər və folqa - yastı məmulatlar (7901 mal mövqeyində təsnif olunan emal olunmamış məmulatlardan başqa), rulonlara bükülmüş və ya bükülməmiş və tam düzbucaqdı (kvadratdan başqa) en kəsiyi olan, dəyirmilənmiş və ya dəyirmilənməmiş bucaqlarla («yastı dairələr» və iki əks tərəfi qabarıq qövslər, digər iki tərəfi isə — bərabər uzunluqlu və paralel düzxətli olan «şəkildəyişmiş düzbucaqlılar» daxil olmaqla), sabit qalınlıqlı:

  • düzbucaqlı (kvadrat daxil olmaqla) formalı, qalınlığı eninin 0,1-dən artıq olmayan;
  • düzbucaqlı və kvadratdan fərqli, istənilən ölçülü formalarda, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

8004 və 8005 mal mövqelərinə, inter alia, səthi relyefli olan (məsələn, çöküklər, çıxıntılar, məsalmələr (damalar), romblar) plitələr, təbəqələr, zolaqlar və ya lentlər və folqa, eləcə də perforasiya olunmuş, büzməli, cilalanmış və ya üzlüklü, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqelərində təsnif olunmuş malların xarakterik xassələrini qəbul etməsinlər.

d) Borular və borucuqlar —buxtalara sarınmış və ya sarınmamış, bütün uzunluğu boyu, dairə, oval, düzbucaqlı (kvadrat daxil olmaqla) , bərabərtərəfli üçbucaqlı və ya divarının qalınlığı sabit olan, düzgün qabarıq çoxbucaqlı formasında, yalnız bir qapalı sabit en kəsikli, içiboş məmulatlar. En kəsiyi düzbucaqdı (kvadrat daxil olmaqla), bərabərtərəfli üçbucaq və ya düzgün qabarıq çoxbucaqlı şəklində olan, bucaqları bütün uzunluğu boyu dəyirmilənmiş məmulatlar da borulara və borucuqlara aid edilir, bir şərtlə ki, onların daxili və xarici en kəsikləri konsentrik, eyni formalı və eyni oriyentasiyalı olsun. Yuxarıda göstərilən en kəsikli borular və borucuqlar cilalanmış, üzlüklü, əyilmiş, kəsikli, deşilmiş, daraldılmış, genişləndirilmiş, konus şəklinə salınmış və ya flans, manjet və ya halqa şəkilli sonluğu olan.

Yarımmövqelərə dair qeyd:

1. Bu qrupda istifadə olunan terminlər aşağıdakıları bildirir:

a) Aşqarlanmamış sink — tərkibində ən azı 99 kütlə % qalay olan metal,bir şərtlə ki, metalın tərkibindəki vismut və mis aşağıdakı cədvəldəkindən artıq olmasın:

Digər elementlər

Element

Kütlə % həddi

Bi

vismut

0,1

Cu

mis

0,4

b) Qalay ərintiləri — tərkibində qalay, kütləsinə görə ərintinin tərkibində digər elementlərin hər birindən üstün olan metal ərintiləri, bir şərtlə ki:

i) digər elementlərin ümumi miqdarı 1 kütlə %-dən artıq olsun;

ii) tərkibində vismut və mis yuxarıda cədvəldə göstərilən həddə bərabər və ya ondan artıq olsun.

xif mn-in>kodu mal mövqelərinin adlari əlavə ölçü vahidi tarif>dərəcəsi (gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə abş dol. ilə)
qrup 80 qalay və ondan hazirlanan məmulatlar    
8001 emal olunmamiş qalay:    
8001 10 000 0 – aşqarlanmamiş qalay 0,5
8001 20 000 0 – qalay ərintiləri 0,5
8002 00 000 0 qalay tullantilari və qirintilari 0,5
8003 00 000 0 qalay çubuqlar, profillər və məftillər 0,5
[8004]      
[8005]      
[8006]      
8007 00 000 0 qalaydan olan digər məmulatlar 0,5
Rəsmi məlumatlar Arxiv    
19.07.2008
Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf edir
Respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz, dövlət idarəçiliyinin formalaşmış çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə, demokratikləşmə proseslərinə sadiqliyini sübuta yetirmişdir.

Daha ətraflı
19.07.2008
Rəsmi xronika
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də ölkəmizdə Konstitusiya Məhkəməsinin yaradılmasının 10-cu ildönümü münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb