Qeydlər:
1. Bu qrupa aşağıdakılar daxil
edilmir:
a) yolka şamları (3406 mal mövqeyi);
b) feyerverqlər və ya 3604 mal
mövqeyinin digər pirotexnik məmulatları;
v) ipliklər, monosaplar, bağlar
və ya simlər və ya balığ tutmaq üçün, verilmiş uzunluqlu, lakin
tilov ipi şəklində hazırlanmamış, 39-cu qrupa, 4206 mal mövqeyinə
və ya XI bölməyə daxil olunan digər analoji məmulatlar;
q) idman çantaları və ya 4202,
4303 və ya 4304 mal mövqelərinin digər məmulatları;
d) 61 və ya 62-ci qrupun tekstil
materiallarından hazırlanan idman paltarları və ya maskarad
kostyumları;
e) tekstil materialdan bayraqlar
və ya flaqduklar, və ya qayıqlar, vindserfinq lövhələri və ya
quru nəqliyyat vasitələri üçün yelkənlər (63-cü qrup);
j) 64-cü qrupda təsnif olunmuş
idman ayaqqabıları (diyircəkli və ya buz xizəkləri bərkidilmiş
xizək çəkmələrindən başqa)və ya 65-ci qrupda təsnif olunan idman
baş geyimləri;
z) atçılıq üçün çəliklər, qamçılar,
qırmanclar və ya analoji məmulatlar (6602 mal mövqeyi) və ya
onların hissələri (6603 mal mövqeyi);
i) gəlinciklər və ya 7018 mal
mövqeyinin digər oyuncaqları üçün, bərkidilməmiş şüşə gözlər;
k) XV bölməyə 2-ci qeyddə göstərilmiş,
qiymətsiz metallardan hazırlanan ümumi təyinatlı hissələr (XV
bölmə) və ya plastmassdan analoji məmulatlar (qrup 39);
l) zənglər, qonqlar və ya 8306
mal mövqeyinin analoji məmulatları;
m) maye nasosları (8413 mal
mövqeyi), maye və qazların süzülməsi və ya təmizlənməsi üçün
avadanlıqlar və ya qurğular (8421 mal mövqeyi), elektrik mühərrikləri
(8501 mal mövqeyi), elektrik transformatorları (8504 mal mövqeyi)
və ya distansion idarə olunan radioaparatura (8526 mal mövqeyi);
n) XVII bölmədə təsnif olunan
idman nəqliyyat vasitələri (bobsley kirşələri, toboqqanlar və
analoji məmulatlardan başqa);
o) iki təkərli uşaq velosipedləri
(8712 mal mövqeyi);
p) idman gəmiləri- kanoyelər
və skiflər (qrup 89) və ya onları hərəkətə gətirmək üçün vasitələr
(taxtadan hazırlananlar 44-cü qrupa aid olunmalıdırlar);
r) eynəklər, qoruyucu eynəklər
və ya açıq havada idman və ya oyunlar üçün analoji məmulatlar
(9004 mal mövqeyi);
s) fitlər və tütəklər (9208
mal mövqeyi);
t) silahlar və ya 93-cü qrupun
digər məmulatları;
u) elektrik gerlyandlarının
bütün növləri (9405 mal mövqeyi); və ya
f) raketkalar üçün tellər, palatkalar
və ya kempinq üçün digər ləvazimatlar, və ya əlcəklər, yarıməlcəklər
və təkbarmaqlar (hazırlandıqları materiala görə təsnif olunan).
2. Bu qrupa, tərkibində təbii
və ya becərilmiş mirvari, qiymətli və azqiymətli daşlar (təbii,
süni və ya rekonstruksiya olunmuş), qiymətli metallar və ya üzəri
qiymətli metalla örtülmüş qiymətsiz metallar yalnız cüzi bir hissə
təşkil edən məmulatlar daxil olunur.
3. Bu qrupa 1-ci qeydin şərtlərini
nəzərə almaqla, yalnız və ya əsasən bu qrupun malları ilə istifadə
üçün nəzərdə tutulmuş hissələr və ləvazimatlar həmin mallarla
birlikdə təsnif olunmalıdırlar.
4. 9503 mal mövqeyinə, təyinatına,
formasına və ya hazırlandığı materiala əsasən yalnız heyvanlar
üçün nəzərdə tutulduğu aydın olan məmulatlar, məsələn, ev heyvanları
üçün oyuncaqlar (özlərinə xas, müvafiq mal mövqelərində təsnif
olunur), daxil olunmur.