Bölmə XXI İncəsənət əsərləri, kolleksiya əşyaları
və antikvariat
Qrup 97 İncəsənət əsərləri, kolleksiya əşyaları
və antikvariat
Qeydlər:
1. Bu qrupa aşağıdakılar daxil
olunmur:
a) poçt markaları və ya ödənilməmiş
dövlət rüsumu markaları, poçt dəftərxana ləvazimatları (gerbli
kağız) və ya 4907 mal mövqeyinin analoji məmulatları;
b) teatr dekorasiyaları, bədii
studiyalar üçün arxa fonlar və bəzəkli kətandan analoji əşyalar
(5907 mal mövqeyi), 9706 mal mövqeyinə daxil olunanlardan başqa;
və ya
v) təbii və ya becərilmiş mirvari,
qiymətli və ya azqiymətli daşlar (7101-7103 mal mövqeləri).
2. 9702 mal mövqeyində «qravüraların,
estampların və litoqrafiyaların əsilləri» termini, müəllif tərəfindən
əllə hazırlanmış bir və ya bir neçə lövhələrlə yerinə yetirilmiş
rəngli və ya ağ-qara basmaları bildirir, müəllif tərəfindən istifadə
olunan texnika və ya materialdan asılı olmayaraq (mexaniki və
fotomexaniki üsullardan başqa).
3. 9703 mal mövqeyinə böyük seriyalı
sənaye reproduksiyaları və ya kommersiya xarakterli sənətkarlıq
sənayesi məmulatları daxil olunmur, onlar rəssam tərəfindən yaradılıb
və ya çəkilsə belə.
4a. Yuxarıda göstərilən 1-3 qeydlərinin
şərtlərinə görə bu qrupun məmulatları Nomenklaturanın başqa qrupuna
deyil, məhz bu qrupa daxil olunur.
4b. 9706 mal mövqeyinə bu qrupun
əvvəlki mal mövqelərində təsnif olunan məmulatlar aid olunmur.
5. Rəsm, şəkil, pastel, kollajlar
və ya digər dekorativ təsvirlər, qravüralar, estamplar və ya litoqrafiyalar
üçün çərçivələr həmin sənət əsərləri ilə eyni mal mövqelərində
təsnif olunmalıdırlar, bir şərtlə ki, çərçivələrin xüsusiyyətləri
və qiymətləri bu əsərlərə uyğun gəlsin. Xüsusiyyətləri və qiymətləri
yuxarıda sadalanan əsərlərə uyğun gəlməyən çərçivələr ayrılıqda
təsnif olunmalıdırlar.
XİF
ƏN-ın kodu
|
Mal
mövqelərinin adları
|
Əlavə
ölçü vahidi
|
Tarif
dərəcəsi (Gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə
ABŞ dol. ilə)
|
9701 |
Tam şəkildə əl ilə yerinə yetirilmiş şəkillər, rəsmlər və pastellər, 4906 mal mövqeyində göstərilmiş rəsmlərdən və digər üzərinə əl ilə şəkil çəkilmiş şəkillər və ya bəzədilmiş hazır məmulatlardan başqa; kollajlar və analoji dekorativ təsvirlər: |
|
|
9701 10 000 0 |
- şəkillər, rəsmlər və pastellər |
əd |
0.5 |
9701 90 000 0 |
- digərləri |
- |
0.5 |
9702 00 000 0 |
Qravüra, estamp və litoqrafiyaların əsilləri |
əd |
0.5 |
9703 00 000 0 |
İstənilən materialdan olan heykəl və heykəlciklərin əsilləri |
əd |
0.5 |
9704 00 000 0 |
Poçt markaları və ya dövlət rüsumu markaları poçt ödəniş nişanları (ödənilmiş), həmçinin birinci ödənmə günü üçün, poçt dəftərxana ləvazimatları (gerbli kağız) və analoji əşyalar, istifadə olunmuş və ya istifadə olunmamış, 4907 mal mövqeyinin mallarından başqa |
- |
0.5 |
9705 00 000 0 |
Kolleksiyalar və zoologiya, botanika, minerologiya, anatomiya, tarix, arxeologiya, paleontologiya, etnoqrafiya və numizmatika üzrə kolleksiya əşyaları |
- |
0.5 |
9706 00 000 0 |
Yaşı 100 ildən yuxarı olan antikvariat |
- |
0.5 |