| |
|
|
|

|
Gömrük Orqanlarının elektron xəritəsi
|
|
|
|
| |
|
|
|
Müstəqil Azərbaycanın qurucusu, gələcəyimizin təminatçısı
Azərbaycan xalqı bu il ən böyük dövlət xadimlərindən biri, onu azadlıq, müstəqillik və tərəqqi yoluna çıxarmış, parlaq gələcəyi üçün möhkəm və sarsılmaz təməl yaratmış ulu öndər Heydər Əliyevin 85 illik yubileyini böyük məhəbbətlə qeyd edir. İllər ötdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımız naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Artıq beş ildir ki, bu əbədiyaşar insan haqq dünyasına qovuşmuşdur. Lakin Heydər Əliyev dühası, Heydər Əliyev ideyaları yaşayır, xalqımızı yeni-yeni qələbələrə, daha yüksək zirvələrə aparmaqda davam edir.
Azərbaycan tarixinə «böyük xilaskar» və «böyük qurucu» kimi daxil olmaqla ölkə həyatının bütün sahələrində əldə edilmiş misilsiz nailiyyətlərin əsasını qoyan Heydər Əliyev dövlətin hər bir vətəndaşı üçün mübarizliyin və xalqa təmənnasız xidmətin simvoluna çevrilmişdir. Respublikaya ilk dəfə rəhbərlik etdiyi illərdə Heydər Əliyev tərəfindən Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmış, siyasi, iqtisadi və hüquqi sahələrdə mühüm addımlar atılaraq ciddi nailiyyətlər əldə edilmişdir. Məhz həmin illər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə respublikamızda İttifaq əhəmiyyətli bir sıra sənaye müəssisələrinin tikintisinə başlanılmış, iqtisadiyyatın, mədəniyyətin, elmin və digər sahələrin daha da inkişaf etdirilməsinə nail olunmuşdur.
1993-cü ildə xalqın təkidli tələbi və çağırışı ilə yenidən hakimiyyətə qayıdan xalqın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində respublikada ictimai-siyasi sabitlik bərpa edildi. Dövlət və hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Bundan sonra siyasi, hüquqi və iqtisadi sahələrdə əsaslı islahatlar proqramının həyata keçirilməsinə start verildi. Beləliklə, Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı başlıca xidmətləri sırasına müstəqilliyin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən əsas işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması da daxil oldu.
İqtisadiyyatın dinamik inkişafının təmin olunmasını və əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını nəzərdə tutan ulu öndərimizin fərmanları ilə həyata vəsiqə alan «Dövlət İnvestisiya Proqramı», habelə «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı» ölkə iqtisadiyyatının bütün sahələrinə tarazlı şəkildə sərmayənin cəlb edilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və əhalinin sosial durumunun yaxşılaşdırılması üçün konkret tədbirlər planını gerçəkləşdirdi. 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını nəzərdə tuturdu və həmin layihənin gerçəkləşməsi nəticəsində respublikaya milyardlarla dollar həcmində sərmayənin cəlb olunması təmin olundu.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlət quruculuğunun əsaslarını qoydu. Yeni Konstitusiya dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq olduğunu, Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar respublika olmasını, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin ediləcəyini bəyan etmişdir. Əvvəlki konstitusiyalardan fərqli olaraq, ölkənin yeni Əsas Qanununda insan hüquq və azadlıqlarının təminatına geniş yer ayrılmışdır. Heç də təsadüfi deyildir ki, sənədin böyük bir fəsli insan hüquq və azadlıqlarından bəhs edir.
Konstitusiyanın verdiyi imkanlar sayəsində Azərbaycanda çox qısa bir vaxtda siyasi, iqtisadi, sosial və hüquqi islahatlar həyata keçirilmiş, islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətlərinin təmin edilməsinə nail olunmuşdur.
Qeyd edək ki, Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Yurdumuz regionun lider dövlətinə çevrilmişdir. Xalqımızın güzəranı gündən-günə yaxşılaşmaqdadır. Az vaxt içərisində əldə edilən böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu siyasətin gerçəkliyə çevrilməsində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevlə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.
Prezident kürsüsünə əyləşərkən cənab İlham Əliyev artıq dünyada tanınmış və qəbul olunmuş təcrübəli, sayılıb-seçilən dövlət xadimi idi. Dövlət başçısı yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə ümummilli liderimizin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanunauyğunluqlarına mükəmməl surətdə yiyələnmiş, Heydər Əliyevin yeni neft strategiyasının və gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində öncül rol oynamışdır.
Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı barədə strateji konsepsiyaya sadiqlik nümayiş etdirən və onun reallaşdırılması istiqamətində bütün tədbirlərin görülməsini təmin edən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlər hesabına ölkəmiz iqtisadi cəhətdən qüdrətlənir, dünya birliyində layiqli yerini tutur.
|
|
|
|
|
|
| Rəsmi məlumatlar |
Arxiv |
|
03.05.2008
Rəsmi xronika Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.
|
 Daha ətraflı |
|
|
|
|
03.05.2008
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir Azərbaycan iqtisadiyyatında, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin birinci rübündə də böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun həcmi bu ilin ilk üç ayında 14 faiz artmışdır. Ümumiyyətlə, ÜDM-nin artımı 4 il müddətində ən yüksək həddə - 90 faizə qalxmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, ötən üç ay ərzində ölkəmizdə sənaye istehsalı da eyni sürətlə artmışdır.
|
 Daha ətraflı |
|
|
|
|
|
|
|
|
|