Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Gömrükçülər dörd aylıq proqnoza layiqincə əməl etmişlər


Dövlət Gömrük Komitəsi, onun yerli strukturları 2008-ci ilin dörd ayı üzrə proqnoz tapşırığa layiqincə əməl etmişlər.
İlkin məlumata görə, yanvar-aprel ayları ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 374,00 milyon manat əvəzinə 375,16 milyon manat  gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz 100,31 faiz yerinə yetirilmişdir.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 150,97 milyon manat və ya 67,34 faiz çoxdur.
DGK Mətbuat Xidməti  
Rəsmi məlumatlar Arxiv    
03.05.2008
Rəsmi xronika
Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.

Daha ətraflı
03.05.2008
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir
Azərbaycan iqtisadiyyatında, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin birinci rübündə də böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun həcmi bu ilin ilk üç ayında 14 faiz artmışdır. Ümumiyyətlə, ÜDM-nin artımı 4 il müddətində ən yüksək həddə - 90 faizə qalxmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, ötən üç ay ərzində ölkəmizdə sənaye istehsalı da eyni sürətlə artmışdır.

Daha ətraflı
03.05.2008
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»na əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
A.Rasizadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 aprel 2008-ci il.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb