Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Qaçaqmalçılıq hallarının qarşısı qətiyyətlə alınır


Azərbaycan Respublikasının vətəndaşı Bilalov Elşad Aydın oğlu idarə etdiyi «Volvo F 12» markalı, B 416 TP-05 rus/AE 0325-05 rus nömrə nişanlı yük maşını ilə İran İslam Respublikasından Rusiya Federasiyasının vətəndaşı Suslanov Maqomed Suleymanoviçin adına göndərilmiş, yük sənədlərinə əsasən 2000 kq xiyar yükü ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Yük Şöbəsində gömrük nəzarətindən keçmişdir. Bu zaman maşının kabinəsində gömrük nəzarətindən gizlədilmiş bir ədəd «MP-654K» markalı, 4.5 kalibrli, TOZ 48942 nömrəli pnevmatik tapança və bir ədəd qaz balon tapança darağı aşkar edilmişdir. İlkin araşdırma zamanı E.Bilalov həmin tapançadan xəbəri olmadığını, idarə etdiyi maşını Astara şəhərində Rusiya vətəndaşı Axmedov Maqomedtaqir Maqomedkamiloviçdən təhvil aldığını və meyvə yükü vurmaq məqsədi ilə İrana keçdiyini, İrandan qayıtdıqdan sonra isə maşını yüklə birlikdə onun sahibi M.Axmedova təhvil verəcəyini bildirmişdir.
Gömrük baxışı zamanı Astara Gömrük İdarəsinin Yük Şöbəsinə  dəvət edilmiş M.Axmedov E.Bilalovun dediklərini təsdiq etmiş, gömrük nəzarəti zamanı aşkar olunmuş pnevmatik tapançanın və həmin tapança üçün bir ədəd qaz balon darağının ona məxsus olduğunu, Rusiyadan Azərbaycana gələrkən gömrük nəzarətinə təqdim etməyi unutduğunu söyləmişdir. Gömrük baxışı başa çatdıqdan sonra fakt sənədləşdirilmiş, aşkar olunmuş bir ədəd «MP-654K» markalı, 4.5 kalibrli, TOZ 48942 nömrəli p\nevmatik tapança və onun bir ədəd qaz balon tapança darağı götürülmüşdür.
***

Azərbaycan Respublikasının vətəndaşı Ağayev Natiq Fəyyaz oğlu İran İslam Respublikasından piyada, viza rejimi qaydasında Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Sərnişin Şöbəsində gömrük nəzarətindən keçmişdir. Daha sonra Astara şəhərindəki «Azərcənub MMC»nin anbarında «HEYMAN SİSTEM 9075» markalı rentgen aparatında  N.Ağayevə məxsus əl baqajına da gömrük baxışı keçirilmişdir. Bu  zaman içərisində çay yükü olan beş ədəd karton qutularda gömrük nəzarətindən gizlədilmiş, üzərində aksiz markası və idxal üçün müvafiq icazə sənədləri olmayan, cəmi 600 qutu «S Slims class S» adlı xaricdə istehsal olunmuş filtirli siqaretlər aşkar edilmişdir.
***

Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının Rusiya Federasiyası istiqamətindən «Samur» gömrük postunun gömrük nəzarəti zonasına daxil olan «İkarus» markalı, AM 251 05/RUS dövlət nömrə nişanlı, «Pyatiqorsk-Bakı» sərnişin avtobusuna keçirdiyi gömrük baxışı zamanı həmin avtobusu idarə edən Azərbaycan Respublikası vətəndaşı Mikayılov Mehman Əli oğlunun avtobusun xüsusi düzəldilmiş gizli saxlanc yerlərində gizlətdiyi 4.200 qutu «Kent nanotek» markalı siqaretlər aşkar edilərək götürülmüşdür.
Bütün faktlarla bağlı təhqiqat aparılır.
DGK Mətbuat Xidməti
Rəsmi məlumatlar Arxiv    
03.05.2008
Rəsmi xronika
Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.

Daha ətraflı
03.05.2008
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir
Azərbaycan iqtisadiyyatında, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin birinci rübündə də böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun həcmi bu ilin ilk üç ayında 14 faiz artmışdır. Ümumiyyətlə, ÜDM-nin artımı 4 il müddətində ən yüksək həddə - 90 faizə qalxmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, ötən üç ay ərzində ölkəmizdə sənaye istehsalı da eyni sürətlə artmışdır.

Daha ətraflı
03.05.2008
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»na əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
A.Rasizadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 aprel 2008-ci il.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb