Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

Ölkələrimiz arasında ikitərəfli münasibətlər inkişaf edir


Aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zareni qəbul etmişdir.
Görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılmışdır.
İranlı diplomatı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açmış, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə etmişdir.
Azərbaycan-İran sərhədində-Astara və Biləsuvar gömrük idarələrində aparılan tikinti  işləri barədə məlumat verən A.Əliyev ümidvar olduğunu bildirmişdir ki, yenidən qurulacaq,  dünya standartlarına cavab verəcək bu cür sərhəd buraxılış məntəqələri iki qonşu ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına bir töhfə olacaq.
Son zamanlar istər yerli, istərsə də xarici kütləvi informasiya vasitələrində "böyük rezonans" doğurmuş, lakin sırf  texniki məsələlərlə bağlı olan mövzuya da münasibətini bildirən DGK sədri martın 29-da Rusiyadan İrana göndərilən, Azərbaycan-İran sərhədində saxlanılan yükün Nazirlər Kabinetinin 42 saylı qərarı ilə təsdiqlənmiş xüsusi məhsulların siyahısına daxil olduğunu bildirmiş və eyni zamanda, qeyd etmişdir ki,  Azərbaycan Nazirlər Kabinetinin 230 saylı qərarına uyğun olaraq həmin malların ölkədən tranzit keçməsi üçün hökumətin xüsusi icazəsi lazımdır.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən səfir Nasir Həmidi Zare İran hökumətinin Azərbaycanla münasibətləri heç bir məhdudiyyət olmadan genişləndirməkdə maraqlı olduğunu və bu barədə verilən tapşırıqlara əsaslanaraq bir diplomat kimi iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışdığını söyləmişdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini vurğulayan Nasir Həmidi Zare bildirmişdir ki, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Diplomat Azərbaycan və İran arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını, ötən il bu göstəricinin 600 milyon ABŞ dollarına yaxınlaşdığını  diqqətə çatdıraraq, bununla belə, əlaqələrin daha da  genişləndirilməsi üçün mümkün imkanlardan maksimum yararlanmağın  əhəmiyyətini vurğulamışdır.
Azərbaycan və İran gömrük orqanlarının qarşılıqlı fəaliyyətini müsbət dəyərləndirən səfir sərhəd-gömrük buraxılış məntəqələrində aparılan yenidənqurma işlərindən məmnunluğunu ifadə etmiş,  əməkdaşlığın gələcək perspektivlərindən söhbət açmışdır.
DGK sədri Aydın Əliyev gömrük xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün bütün təşəbbüsləri dəstəklədiyini vurğulamış və nəzərə çatdırmışdır ki, mayın 21-23 tarixlərində Dövlət Gömrük Komitəsi BMT Avropa Komissiyasının Nəqliyyat Şöbəsi ilə birgə Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin gömrük idarələrinin əməkdaşları üçün "BYD seminarı" keçirəcək. Bu tədbirdə İran tərəfinin də yüksək səviyyədə təmsil olunmasını arzulayan DGK sədri Aydın Əliyev, ümumiyyətlə, iki qonşu ölkə arasında əlaqələrin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə etmişdir.
DGK Mətbuat Xidməti
Rəsmi məlumatlar Arxiv    
03.05.2008
Rəsmi xronika
Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.

Daha ətraflı
03.05.2008
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir
Azərbaycan iqtisadiyyatında, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin birinci rübündə də böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun həcmi bu ilin ilk üç ayında 14 faiz artmışdır. Ümumiyyətlə, ÜDM-nin artımı 4 il müddətində ən yüksək həddə - 90 faizə qalxmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, ötən üç ay ərzində ölkəmizdə sənaye istehsalı da eyni sürətlə artmışdır.

Daha ətraflı
03.05.2008
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»na əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
A.Rasizadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 aprel 2008-ci il.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb