Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   

«Gömrükçü» İdman-Sağlamlıq Mərkəzi Heydər Əliyevin 85 illik yubileyi münasibətilə tədbir keçirmişdir


Aprelin 29-da «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili  Ağacan Əbiyev, «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzinin direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev və digər şəxslər çıxış etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri, ayrı-ayrı məqamları barədə danışmışlar. Qeyd olunmuşdur ki, öz xalqını ürəkdən sevən, bütün ömrünü Azərbaycana həsr edən bu tarixi şəxsiyyət 1969-cu ildə Azərbaycana rəhbərlik etdikdən sonra SSRİ məkanında bütün sahələrdə geridə qalan bir ölkənin - Azərbaycanın həyat ahəngi tez bir zamanda dəyişdi. Elə o dövrlərdən başlayaraq respublikamız hər sahədə, o cümlədən idman sahəsində də böyük inkişaf yoluna qədəm qoydu. Müstəqillik əldə etdikdən sonra da ulu öndərin idmana bilavasitə qayğısı nəticəsində Azərbaycan idmançıları böyük nailiyyətlər əldə etdilər. Məhz bu qayğının nəticəsi idi ki, yarandığı dövrdən «Gömrükçü» İdman-Sağlamlıq Mərkəzinin idmançıları ölkəmizə 700 medal gətirmişlər.
Çıxışlarda ulu öndərin müasir, müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafındakı misilsiz xidmətlərindən, onun nümayiş etdirdiyi cəsarətdən, siyasi iradədən, zəngin dövlətçilik təcrübəsinin heyrətamiz məziyyətlərindən söz açılmış və bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında inkişafına təkan verilmiş bədən tərbiyəsi və idman sahəsindəki ənənələr bu gün layiqincə davam etdirilir. İdmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər. Bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Azərbaycanın yalnız idman nailiyyətləri ilə deyil, həm də mötəbər yarışların təşkili sahəsindəki uğurları ilə də tanındığını diqqətə çatdıran natiqlər vurğulamışlar ki, 2007-ci ildə ölkəmizdə 36 beynəlxalq turnur keçirilmişdir. Artıq bir çox beynəlxalq idman qurumları dünya səviyyəli yarışların Azərbaycanda təşkilinə tərəddüd etmədən razılıq verirlər. Bu, Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Sonda məruzəçilər birmənalı şəkildə bəyan etmişlər ki, Prezident İlham Əliyevin siyasi kursu bundan sonra da dəstəklənəcəkdir. Bildirilmişdir ki, Azərbaycan  idmançıları qarşıdan gələn prezident seçkilərində də ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Rəsmi məlumatlar Arxiv    
03.05.2008
Rəsmi xronika
Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında da iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə Zərifə xanım Əliyevanın büstünün açılışını etdi.

Daha ətraflı
03.05.2008
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir
Azərbaycan iqtisadiyyatında, əvvəlki illərdə olduğu kimi, 2008-ci ilin birinci rübündə də böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdə istehsal olunan Ümumi Daxili Məhsulun həcmi bu ilin ilk üç ayında 14 faiz artmışdır. Ümumiyyətlə, ÜDM-nin artımı 4 il müddətində ən yüksək həddə - 90 faizə qalxmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı vurğulamışdır ki, ötən üç ay ərzində ölkəmizdə sənaye istehsalı da eyni sürətlə artmışdır.

Daha ətraflı
03.05.2008
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»na əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 119 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
A.Rasizadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 aprel 2008-ci il.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb