Azərbaycan Respublikasının bütün sərhəd keçid məntəqələrində
gömrük xidməti fəaliyyət göstərir (aeroportlar, dəniz limanları, avtomobil
və dəmiryolu keçid məntəqələri).
Gömrük xidməti əməkdaşlarının xüsusi geyim forması və tanınma
nişanları vardır.
Azərbaycan Respublikasının Gürcüstan, Russiya, Türkiyə və İranla
sərhədlərində keçid məntəqələri fəaliyyət göstərir.
Həmçinin, Qazaxstan, Türkmənistan, Rusiya və İran ilə dəniz
sərhədləri vardır, Türkmənistan və Qazaxstanla parom vasitəsi
ilə gediş-gəliş mövcuddur.
Sərhəd keçid məntəqələrində yaşıl və qırmızı
kanaldan istifadə edilir.
1.Fiziki şəxslər Azərbaycan Respublikasının
gömrük sərhədindən keçərkən:
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan mallar, o cümlədən dövlət
orqanlarının nəzarət siyahılarına aid edilməyən mallar
sadələşdirilmiş qaydada bəyan edilir.
Sadələşdirilmiş qaydada bəyanetmə yaşıl kanaldan istifadə
etməklə konklyudent formada yazılı bəyannamə təqdim edilməməsini
nəzərdə tutur.
Konklyudent bəyanetmə forması fiziki şəxslər tərəfindən
müşayiət olunan baqacda və əl yükündə keçirilən mallara
şamil edilir, o şərtlə ki:
- Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların
miqdarı və dəyəri (müşayiət olunmayan baqaclar istisna olmaqla) həmin malların
gömrük ödənişləri alınmadan keçirilməsinə yol verilən miqdar və
dəyərindən artıq olmasın;
-həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın.
Gömrük ödənişlərinə cəlb olunan mallar olduqda isə
həmin mallar yazılı formada bəyan edilməli və «Qırmızı
kanal»dan istifadə edilməlidir.
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən əşyalar sərhəd məntəqələrində
gömrük orqanlarına bəyan edilir.
Bəyannamə Azərbaycan, inqilis və ya başqa dillərdə doldurula bilər.
Bəyannamə 16 yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur.
16 yaşına çatmamış fiziki şəxslərin malları haqqında məlumat
onları müşayiət edən şəxslərin bəyannaməsində göstərilir.
Bəyannamədə mallar haqqında məlumatlar öz əksini tapmalıdır.
2.Fiziki şəxslər tərəfindən istehsal və kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan aşağıdaki
malları gömrük ödənişləri ödəmədən Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirə bilərlər:
a)ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan
artıq olmayan;
b)beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200
ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan;
v)xarici vətəndaşlar daimi yaşayış məqsədi ilə Azərbaycan
Respublikasına köçüb qələrkən və ya Azərbaycan Respublikasının
vətəndaşları Azərbaycan Respublikasından köçüb gedərkən 20.000
ABŞ dollarına ekvivalent həcmində ailə üçün zəruri olan məişət
əşyalarını;
q)yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini;
d)Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 250 qrama
qədər balıq kürüsünü;
e)fərdi istehlak üçün 3 litr alkoqollu içkini;
ə)3 blok siqareti;
z)avtomobilin bakında texniki pasportu ilə nəzərdə tutulmuş miqdarda yanacağı;
j)bədii, tarixi, elmi və diqər mədəni əşyaları məhdudiyyətsiz
miqdarda gətirə bilərlər.
3. Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin
Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından
çıxarılması Qaydaları:
- Azərbaycan Respublikasının vətəndaşları və xarici
vətəndaşlar tərəfindən Azərbaycan Respublikası ərazisinə
gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 ABŞ dolları
ekvivalentinədək olduqda «Gömrük bəyannaməsi» ilə,
10.000 ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda
isə «Gömrük bəyannaməsi», həm də «Gömrük
vəsiqəsi» ilə rəsmiləşdirilir.
- Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının
ərazisindən adambaşına 1.000 (bir min) ABŞ dolları məbləğində valyuta
və valyuta sərvətlərini gömrük orqanlarında bəyan etmək şərti
ilə gömrük rüsumu ödəmədən nəqd şəkildə, 1.000 (bir min)
ABŞ dolları ekvivalentindən əlavə 9.000 ABŞ dolları ekvivalentinədək
isə onların nominal dəyərinin 1%-i həcmində gömrük rüsumu
ödəməklə çıxara bilərlər;
- Azərbaycan Respublikasının vətəndaşları və xarici
vətəndaşlar Azərbaycan Respublikasına əvvələr nəqd
şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 ABŞ
dolları ekvivalentinədək məbləği müvafiq təsdiqedici
sənədlər əsasında heç bir rüsum ödənilmədən
gömrük orqanlarında bəyan etməklə respublikadan kənara nəqd
şəkildə çıxara bilərlər.
4. Müvafiq dövlət orqanlarının razılığı ilə
fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən mallar haqqında:
a) mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətləri
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ixracın
mümkünlüyü barədə verdiyi şəhadətnamə gömrük
orqanlarına təqdim edildiyi və komission dəyərinin 100%-i məbləğində
gömrük rüsumu ödənildikdən sonra, mühafizə dərəcəsi
verilməmiş mədəniyyət sərvətləri isə Azərbaycan
Respublikasından aparıla bilər;
b) xidməti və mülki silah, onların döyüş sursatları Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi icazəsi təqdim
edilməklə keçirilə bilər;
v) heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloci preparatlar
və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli
xammal dövlət Baytarlıq və dövlət fitosanitar nəzarəti
xidmətlərinin müvafiq sənədi olduqda keçirilə bilər.
5. Fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan
olunan mallar:
gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar:
- Azərrbaysan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- radioaktiv maddələr;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
aparılması və beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan
olunmuş mallar:
- aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və
ya alınmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloci, kolleksiyalar, onların
hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən
heyvanlar aləmi obyektləri;
- qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd,
fıstıq, dəmir ağacı);
- Azərrbaysan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi
qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı
bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
- radioaktiv maddələr;
- narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları,
onlardan istifadə üçün ləvazimat;
- əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ
və reklam edən materiallar;
- narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı
maddələrin hazırlanması texnologiyasına aid materiallar;
- xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və
istismarı haqqında ədəbiyyat;
- Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik
Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər
Nazirliyinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri,
sənədləri və arxivləri;
- dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;
- Azərbaycan Respublikasının Qırmızı Kitabına
düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;
- müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri,
prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirəlməsi
halları istisna olmaqla Azərbaycan Respublikasının Milli mədəniyyət
əmlakı Dövlət Siyahısına daxil olan Milli mədəniyyət
əmlakı olan obyektlər.
Silah və onun döyüş sursatlarının fiziki şəxslər
tərəfindən göndərilməsinə yol verilmir.
Odlu silah və onun döyüş sursatının poçt vasitəsi ilə
göndərilməsi qadağandır.
06.10.2007 Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.
06.10.2007 MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.