«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat ¹ 3086
18 sentyabr 2004-cü il
Nazir
F. MƏMMƏDOV
|
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi
Əmr ¹ 082
3 sentyabr 2004-cü il
Nazir
K. HEYDƏROV
|
Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. «Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
Qaydaları» (bundan sonra Qaydalar) Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 125-ci maddəsinə və Azərbaycan Respublikasının gömrük
işinə dair digər qanunvericilik aktlarına uyğun işlənib hazırlanmışdır.
1.2. Qaydalar hüquqi və fiziki
şəxslər tərəfindən gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri
üzərində gömrük nəzarətini və onların gömrük rəsmiləşdirilməsi
qaydalarını müəyyən edir.
1.3. Nəqliyyat vasitələrinin müvafiq
gömrük rejimlərinə uyğun gömrük rəsmiləşdirilməsi, gömrük bəyannaməsi
və gömrük məqsədləri üçün zəruri olan sənədlərin təqdim edilməsi
ilə gömrük işi haqqında qanunvericilik aktlarının tələblərinə
uyğun həyata keçirilir.
1.4. Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilmə məqsədlərindən asılı olaraq, nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi, bunun üçün müəyyən olunmuş
gömrük orqanında həyata keçirilir.
1.5. Bu Qaydalar beynəlxalq sərnişin
və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə aid
edilmir.
1.6. Qaydalarda istifadə olunan
anlayışlar aşağıdakılardan ibarətdir:
- nəqliyyat vasitələri — XİFƏN-nın (Xarici İqtisadi
Fəaliyyətin Əmtəə Nomenklaturası) 8701, 8702, 8703, 8704, 8705
və 8711-ci mal qruplarına aid nəqliyyat vasitələri;
- XİFƏN-nın 8701 mal qrupu — traktorlar (8709
mal mövqeyindəki traktorlardan başqa);
- XİFƏN-nın 8702 mal qrupu — sürücü daxil olmaqla,
10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli
nəqliyyat vasitələri;
- XİFƏN-nın 8703 mal qrupu əsasən adamların daşınması
üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat
vasitələri (8702 mal mövqeyində təsnif edilən motorlu nəqliyyat
vasitələrindən başqa), sərnişin — yük avtomobil furqonları və
yarış avtomobilləri daxil olmaqla;
- XİFƏN-nın 8704 mal qrupu — yük daşımaq üçün
mühərrikli nəqliyyat vasitələri;
- XİFƏN-nın 8705 mal qrupu — xüsusi təyinatlı
mühərrikli nəqliyyat vasitələri, sərnişin və yük daşınması üçün
istifadə olunanlardan başqa (məsələn qəza-yük avtomobilləri,
avtokranlar, yanğınsöndürən nəqliyyat vasitələri, avto-betonqarışdırıcılar,
yolların təmizlənməsi üçün avtomobillər, çiləyici-yuyucu maşınlar,
avtoemalatxanalar, rentgen qurğuları ilə olan avtomobillər);
- XİFƏN-nın 8711 mal qrupu — motosikllər (mopedlər
daxil edilməklə) və yardımçı mühərrikli velosipedlər, qoşulma
araba ilə və onsuz, qoşulma arabalar (kolyaska);
2. Gömrük ərazisinə gətirilən nəqliyyat vasitələri
üzərində gömrük nəzarəti
2.1. Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən və tranzit qaydada keçirilən nəqliyyat
vasitələri üzərində gömrük nəzarəti sərhəd buraxılış məntəqələrində
fəaliyyət göstərən gömrük orqanları tərəfindən həyata keçirilir
və gömrük işi haqqında qanunvericiliklə müəyyən edilmiş digər
tədbirlər görülür.
2.2. Gömrük nəzarəti zamanı gömrük
işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət
edilməsinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri, onlara
aid zəruri sənədlər və məlumatlar yoxlanılır.
2.3. Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən Dövlət Gömrük
Komitəsi tərəfindən müəyyən olunan gömrük orqanında həyata keçirilir.
2.4. Gömrük ərazisinə gətirilmiş
(fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün müvəqqəti gətirilən
nəqliyyat vasitələri istisna olmaqla) nəqliyyat vasitələrinin
gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına çatdırılmasına
nəzarətin təmin olunması məqsədilə sərhəd gömrük orqanı tərəfindən
gömrük nəzarəti tətbiq olunur.
2.5. Nəqliyyat vasitələri beynəlxalq
yük daşımalarını həyata keçirən nəqliyyat növləri ilə Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirildikdə, onların gömrük
rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına çatdırılmasına
nəzarət, malların təyinat gömrük orqanlarına çatdırılmasına dair
müəyyən olunmuş tələblər əsasında həyata keçirilir.
2.6. Nəqliyyat vasitələri fiziki
şəxslər tərəfindən idarə olunaraq, hərəkət etdiyi hallarda həmin
nəqliyyat vasitəsinə dair sənədlər (texniki pasport, alqı-satqı
sənədləri, invoys və s.) gömrük orqanı tərəfindən alınır, müvafiq
qeydiyyat aparılmaqla, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanına çatdırılması üçün nəqliyyat vasitəsini
idarə edən şəxsə bu Qaydaların 1 ¹-li əlavəsində göstərilən formada
«Nəqliyyat vasitələrinin təyinat gömrük orqanına çatdırılmasına
dair müvəqqəti vəsiqə» (bundan sonra — «Müvəqqəti Vəsiqə») təqdim
edilir.
2.7. Müvəqqəti vəsiqə 2 nüsxədən
ibarət tərtib olunur.
2.8. Müvəqqəti vəsiqə əsasında
idarə olunaraq, hərəkət edən nəqliyyat vasitəsinin onu keçirən
şəxs tərəfindən gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük
orqanına çatdırılma müddəti 72 saatdan gec olmayaraq müəyyən edilir.
2.9. Gömrük rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanına çatdırılmış nəqliyyat vasitəsi
üzərində gömrük nəzarəti nəqliyyat vasitəsinə aid təqdim olunmuş
sənədlər əsasında gömrük işi haqqında qanunvericiliyin tələblərinə
uyğun olaraq həyata keçirilir.
2.10. Gömrük ərazisinə gətirilmiş
nəqliyyat vasitələrinə görə gömrük qanunvericiliyinə uyğun olaraq
gömrük ödənişlərinin alınması təmin edilir və gömrük rəsmiləşdirilməsi
həyata keçirilir.
2.11. Nəqliyyat vasitələrinin
dövlət qeydiyyatına alınması üçün gömrük rəsmiləşdirilməsini həyata
keçirən gömrük orqanı tərəfindən icazə sənədi (gömrük vəsiqəsi,
gömrük mədaxil orderi və ya yük gömrük bəyannaməsi) verilir.
2.12. Mühərrikin işçi həcmi 50
kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda
50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki
nəqliyyat vasitələrinə dövlət qeydiyyatına alınması üçün icazə
sənədi yazılır.
2.13. Gömrük vəsiqəsinin gömrük
qeydləri hissəsində nəqliyyat vasitəsinin konstruksiyası və təyinatı
haqqında məlumatlar qeyd olunur.
2.14. Əlillər üçün xüsusi olaraq
hazırlanmış avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük ərazisinə daxil olmasına Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqedici sənədi olduğu
təqdirdə gömrük ödənişləri alınmadan icazə verilir.
2.15. Diplomatik xidmət əməkdaşlarının
diplomatik orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslərin xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və
əmlakın (təqdim edilmiş sənədlər əsasında) Azərbaycan Respublikasına
gətirilməsinə görə gömrük rüsumu tutulmur.
3. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilməsi
3.1. Fiziki şəxslər tərəfindən
xarici dövlətlərdə daimi qeydiyyatda olan bütün növ nəqliyyat
vasitələri sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük
orqanında bəyan olunmaqla, onlar üzərində gömrük nəzarəti həyata
keçirilir və nəqliyyat vasitəsini keçirən şəxsdən nəqliyyat vasitəsinin
geriyə aparılması haqqında öhdəlik alınmaqla, Azərbaycan Respublikasının
gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə icazə verilir.
3.2. Xarici dövlətlərin daimi
qeydiyyatından çıxarılmadan Azərbaycan Respublikasına 30 (otuz)
günədək müddətə müvəqqəti gətirilən XİFƏN-nın 8703 mal qrupuna
aid edilən nəqliyyat vasitələri qeyri-rezident fiziki şəxslərin
bilavasitə özləri tərəfindən gətirildikdə, depozit hesaba pul
vəsaiti qəbul edilmədən və nəqliyyat vasitəsini keçirən şəxsdən
nəqliyyat vasitəsini geriyə aparılması haqqında öhdəlik alınaraq,
sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanı
tərəfindən rəsmiləşdirilir.
3.3. Xarici dövlətlərin daimi
qeydiyyatından çıxarılmadan Azərbaycan Respublikasına 30 (otuz)
günədək müddətə müvəqqəti gətirilən XİFƏN-nın 8703 mal qrupuna
aid edilən nəqliyyat vasitələri bilavasitə nəqliyyat vasitələrinin
sahiblərinin (qeyri-rezidentlərin) özləri tərəfindən deyil, digər
şəxslər tərəfindən etibarnamə ilə gətirildikdə, habelə digər mal
qrupuna aid nəqliyyat vasitələrinin müvəqqəti gətirilməsinə sərbəst
dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə
ekvivalent məbləğdə pul vəsaiti sərhəd buraxılış məntəqələrində
fəaliyyət göstərən gömrük orqanlarında depozit hesaba qoyulmaqla
və nəqliyyat vasitəsinin geriyə aparılması haqqında öhdəlik alınmaqla
müvəqqəti gətirilməsinin gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
3.4. Azərbaycan Respublikasının
gömrük ərazisinə 30 (otuz) günədək müddətə müvəqqəti gətirilən
nəqliyyat vasitələri sərhəd buraxılış məntəqələrində fəaliyyət
göstərən gömrük orqanları tərəfindən nəzarətdə saxlanılır.
3.5. Qeyri-rezident fiziki şəxsin
müvəqqəti gətirdiyi nəqliyyat vasitələrinin müvəqqəti qalma müddətinin
30 (otuz) gündən artıq müddətə uzadılması üçün qeyri-rezident
fiziki şəxsin müvəqqəti qeydiyyatda olduğu ərazidə fəaliyyət göstərən
gömrük orqanında sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun
gömrük ödənişlərinin həcminə ekvivalent məbləğdə pul vəsaiti depozit
hesaba qoyulmaqla və nəqliyyat vasitəsinin geri aparılmasına dair
öhdəlik alınaraq, nəqliyyat vasitəsi sahibinin vizasının və digər
qeydiyyat sənədlərində göstərilən müddətə nəqliyyat vasitəsinin
müvəqqəti qalma müddətinin uzadılmasına icazə verilir və gömrük
rəsmiləşdirilməsi həyata keçirilir, həmçinin qeydiyyata alınması
üçün gömrük vəsiqəsi yazılır.
3.6. Bu Qaydaların 3.5. yarımbəndində
qeyd olunan nəqliyyat vasitələrinin müvəqqəti qalma müddəti uzadıldıqda,
qeyri-rezident fiziki şəxsin müvəqqəti qeydiyyatda olduğu ərazidə
fəaliyyət göstərən gömrük orqanı, ilkin gömrük rəsmiləşdirilməsini
aparmış sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük
orqanı tərəfindən nəqliyyat vasitəsinin nəzarətdən çıxarılması
üçün məlumatlandırılır və həmin nəqliyyat vasitəsinin müvəqqəti
qalma müddətinin uzadılması gömrük rəsmiləşdirilməsini həyata
keçirmiş gömrük orqanı tərəfindən nəzarətdə saxlanılır.
3.7. Xarici dövlətlərin daimi
qeydiyyatında olan bütün növ nəqliyyat vasitələrinin rezidentlər
tərəfindən müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilməsinə sərbəst dövriyyə üçün buraxılış rejiminə
uyğun gömrük ödənişləri həcminə ekvivalent məbləğdə pul vəsaiti
sərhəd buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarında
depozit hesaba qoyulmaqla, 1 (bir) ildən artıq olmayan müddətə
və nəqliyyat vasitəsinin geriyə aparılması haqqında öhdəlik alınmaqla
gömrük rəsmiləşdirilməsi həyata keçirilir və qeydiyyata alınması
üçün gömrük vəsiqəsi yazılır və nəqliyyat vasitəsinin müvəqqəti
idxal müddətləri artırılmır.
3.8. Xarici dövlətlərdə daimi
qeydiyyatda olmayan (və ya qeydiyyatdan çıxarılmış) nəqliyyat
vasitələrinin rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə
icazə verilmir.
3.9. Sərhədyanı rayonlarda daimi
yaşayan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası gömrük
sərhədindən müntəzəm olaraq müvəqqəti keçirilən şəxsi nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi qüvvədə olan «Dövrü gömrük
bəyannaməsinin verilməsi, tətbiqi və sənədləşdirilməsi Qaydaları»na
uyğun həyata keçirilir.
3.10. Müvəqqəti qeydiyyat vaxtı
bitən günə qədər şəxsi nəqliyyat vasitəsi Azərbaycan Respublikasından
geri aparılmalı və ya onun sahibinin istəyi əsasında müəyyən olunmuş
gömrük orqanında gömrük ödənişlərini ödəməklə, gömrük rəsmiləşdirilməsindən
keçirilir və nəqliyyat vasitəsinin müvəqqəti qeydiyyatda olduğu
gömrük orqanı bu barədə məlumatlandırılır.
3.11. Azərbaycan Respublikası
ərazisinə müvəqqəti gətirilmiş şəxsi nəqliyyat vasitəsi sahibi
əvvəlcədən qeydiyyatda olduğu gömrük orqanına yazılı müraciət
edərək, nəqliyyat vasitəsinin sərhəd gömrük buraxılış məntəqəsindən
çıxmasını göstərməklə məlumat verir. Depozit hesaba götürülmüş
pul vəsaiti nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisindən
çıxarıldıqda sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən
gömrük orqanı tərəfindən ona qaytarılır.
3.12. Nəqliyyat vasitəsi respublika
ərazisindən çıxarılanadək, qeydiyyatda olduğu gömrük orqanı tərəfindən
nəzarətdə saxlanılır və respublika ərazisindən çıxarıldıqdan sonra
sərhəd gömrük orqanı bu barədə müvafiq gömrük orqanını məlumatlandırır.
4. Daimi yaşayış məqsədilə Azərbaycan Respublikasına
köçüb gələn fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilməsi
4.1. Daimi yaşayış məqsədilə köçüb
gələn fiziki şəxslər tərəfindən yalnız XİFƏN-nın 8703 mal qrupuna
aid edilən ailə üçün nəzərdə tutulan bir nəqliyyat vasitəsi gömrük
rüsumu ödənilmədən güzəştli qaydada gətirilə bilər. Həmin nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün aşağıdakı şərtlərə
əməl olunmalıdır:
- nəqliyyat vasitəsi sahibi yaşayış yerinə köçüb
gələnədək nəqliyyat vasitəsinin həmin şəxsin mülkiyyətində olmasını
təsdiq edən sənədin olması (texniki pasport və ya alqı-satqı
müqaviləsi);
- nəqliyyat vasitəsinin sahibində daimi yaşadığı
dövlətdən qeydiyyatdan çıxdığını təsdiqləyən qeydlər olmaqla
pasportun olması;
- fiziki şəxslərin iki təqvim ilindən yuxarı
xarici ölkələrdə yaşaması haqqında qeydi olan şəxsiyyəti təsdiq
edən sənədin mövcud olması;
- daimi yaşayış məqsədilə köçüb gəlməsini təsdiq
edən sənəd olması (köçüb gəlmə vərəqəsi);
- nəqliyyat vasitəsinin xarici dövlətdə qeydiyyatdan
çıxmasını təsdiqləyən sənədin olması.
4.2. Daimi yaşayış məqsədi ilə
köçüb gələn fiziki şəxslərin gətirdikləri nəqliyyat vasitələri
sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanında
bəyan olunduqdan və gömrük nəzarəti həyata keçirildikdən sonra
nəqliyyat vasitəsinin qeydiyyatı aparılmaqla, nəqliyyat vasitəsi
sahibindən nəqliyyat vasitəsinin və sənədlərinin tam gömrük rəsmiləşdirilməsini
həyata keçirəcək müəyyən olunmuş gömrük orqanına çatdırılması
barədə iltizam alınır. Sərhəd buraxılış məntəqəsində fəaliyyət
göstərən gömrük orqanı müəyyən olunmuş gömrük orqanını nəqliyyat
vasitəsinin göndərilməsi barədə məlumatlandıraraq nəqliyyat vasitəsinin
çatdırılmasını nəzarətdə saxlayır.
4.3. Nəqliyyat vasitəsi və ona
dair sənədlər müəyyən olunmuş gömrük orqanına çatdırıldıqdan sonra
həmin gömrük orqanı tərəfindən sərhəd buraxılış məntəqəsində fəaliyyət
göstərən gömrük orqanına məlumat verilir və həmin gömrük orqanı
tərəfindən nəqliyyat vasitəsi nəzarətdən çıxarılır.
4.4. Müəyyən olunmuş gömrük orqanında
aşağıda qeyd olunan sənədlər saxlanılmalıdır:
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin
surəti;
- daimi yaşayış yerinə köçüb gəlməsini təsdiq
edən sənədin surəti;
- sərhəd buraxılış məntəqəsində rəsmiləşdirilmiş
bəyannamə və iltizam;
- gömrük vəsiqəsinin surəti;
- gömrük rəsmiləşdirilməsi zamanı istifadə edilən
digər sənədlər (ərizə, ödəniş sənədləri və s ).
5. Azərbaycan Respublikasının gömrük ərazisindən
kənara aparılan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
və onlar üzərində gömrük nəzarəti
5.1. Seçilmiş gömrük rejimlərinə
uyğun olaraq, Azərbaycan Respublikasının gömrük sərhədindən kənara
aparılması nəzərdə tutulan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
bunun üçün müəyyən edilmiş gömrük orqanında həyata keçirilir.
5.2. Azərbaycan Respublikasının
gömrük ərazisindən kənara aparılması nəzərdə tutulan nəqliyyat
vasitələri onlara dair sənədlər gömrük orqanına təqdim olunaraq,
gömrük işi haqqında qanunvericilik aktlarının tələblərinə əsasən
gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
5.3. Gömrük orqanında gömrük rəsmiləşdirilməsindən
keçmiş nəqliyyat vasitələrinin müəyyən edilmiş qaydalara uyğun
uçotu aparılır.
5.4. Nəqliyyat vasitəsi üzərində
gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra onun çıxış sərhəd
buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanına çatdırılma
müddəti 72 saatdan artıq olmamaqla müəyyən edilir.
5.5. Gömrük rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanı tərəfindən nəqliyyat vasitələrinin
çıxarılması nəzərdə tutulan sərhəd buraxılış məntəqəsində fəaliyyət
göstərən gömrük orqanına nəqliyyat vasitələrinin çıxarılması barədə
məlumat verilir və nəqliyyat vasitələrinin faktiki çıxarılmasına
nəzarətin təmin edilməsi üçün gömrük nəzarəti metodlarından istifadə
edilir.
5.6. Sərhəd buraxılış məntəqəsində
fəaliyyət göstərən gömrük orqanı alınan məlumatların qeydiyyatını
aparmaqla nəqliyyat vasitəsinin gömrük orqanına çatdırılması əməliyyatına
nəzarəti təmin edir.
5.7. Sərhəd buraxılış məntəqəsində
fəaliyyət göstərən gömrük orqanı tərəfindən nəqliyyat vasitələri
üzərində gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilir
və nəzarətdən çıxarılması üçün göndərən gömrük orqanına (ilkin
gömrük rəsmiləşdirilməsini həyata keçirmiş gömrük orqanı) məlumat
verilir.
5.8. Daimi yaşayış məqsədi ilə
Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslər ailə üçün
bir nəqliyyat vasitəsini müəyyən edilmiş gömrük orqanında bəyan
edərək və aşağıdakı şərtlərə əməl etməklə sadələşdirilmiş qaydada
gömrük ödənişləri ödənilmədən rəsmiləşdirə bilər:
- rezidentlər Azərbaycan Respublikasından daimi
yaşayış məqsədi ilə köçüb getməsini təsdiq edən sənəd təqdim
etməli;
- rezident fiziki şəxs pasport qeydiyyatından
çıxanadək nəqliyyat vasitəsi onun adına olmalı;
- nəqliyyat vasitəsi DİN-in DYP orqanlarında
daimi qeydiyyatdan çıxarılmalıdır.
6. Fiziki şəxslər tərəfindən gömrük ərazisindən
müvəqqəti aparılan nəqliyyat vasitələrinin üzərində gömrük nəzarəti
və onların gömrük rəsmiləşdirilməsi
6.1. Fiziki şəxslər tərəfindən
bir şəxsi nəqliyyat vasitəsinin müvəqqəti aparılmasına sərhəd
buraxılış məntəqələrində fəaliyyət göstərən gömrük orqanlarında
bəyan edilməklə və aşağıdakı şərtlərə əməl edilməklə 2 (iki) il
müddətinə qədər icazə verilə bilər:
- nəqliyyat vasitəsi respublikada daimi qeydiyyatda
olmalı, habelə dövlət nömrə nişanı və qeydiyyat şəhadətnaməsi
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
formada olmalıdır;
- nəqliyyat vasitəsinin geri qaytarılması haqqında
öhdəlik verilməlidir.
6.2. Fiziki şəxslər tərəfidən
Azərbaycan Respublikasının gömrük ərazisindən müvəqqəti çıxarılan
nəqliyyat vasitələri, onların gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini
həyata keçirmiş gömrük orqanı tərəfindən nəzarətdə saxlanılır.
6.3. Azərbaycan Respublikası gömrük
ərazisindən müvəqqəti aparılmış nəqliyyat vasitələri müəyyən edilmiş
müddət ərzində geri qaytarılmalı və ya onun sahibinin istəyi əsasında
Azərbaycan Respublikası gömrük orqanlarında ixrac gömrük rejimində
rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə aparmış gömrük orqanı bu barədə
nəqliyyat vasitəsinin respublikadan müvəqqəti çıxarılmasını rəsmiləşdirmiş
sərhəd gömrük orqanını məlumatlandırır.
6.4. Azərbaycan Respublikası gömrük
ərazisinə müvəqqəti gətirilərək və DYP orqanlarında qeydiyyata
alınmış nəqliyyat vasitəsi, müvəqqəti gətirilmə müddəti ərzində
gömrük orqanı qarşısında öhdəlik götürmüş fiziki şəxs tərəfindən
həmin nəqliyyat vasitəsi üzrə əlavə öhdəlik verilmədən nəqliyyat
vasitəsi qeydiyyatdan çıxarılmadan və alınmış depozit məbləği
qaytarılmadan sərhəd buraxılış məntəqəsində fəaliyyət göstərən
gömrük orqanında qeydiyyatı aparılmaqla gömrük sərhədindən keçirilə
bilər.
7. Nəqliyyat vasitələrinin tranziti
7.1. Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit qaydada
keçirilən nəqliyyat vasitələrinin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olarkən, sərhəd
buraxılış məntəqəsində fəaliyyət göstərən gömrük orqanında həyata
keçirilir.
7.2. Gömrük nəzarəti və gömrük
rəsmiləşdirilməsi gömrük bəyannaməsi əsasında və nəqliyyat vasitəsini
idarə edən fiziki şəxsdən nəqliyyat vasitəsini 72 saat ərzində
respublikanın gömrük ərazisindən çıxarılması haqqında öhdəlik
alınmaqla həyata keçirilir.
7.3. Tranzit qaydada keçirilən
nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən
sonra gömrük ərazisindən çıxması nəzərdə tutulan sərhəd buraxılış
məntəqəsində fəaliyyət göstərən gömrük orqanı məlumatlandırılır
və nəqliyyat vasitəsinin faktiki çıxmasına nəzarət tətbiq olunur.
7.4. Giriş və çıxış gömrük orqanlarında
tranzit qaydada keçirilən nəqliyyat vasitələri barədə məlumatlar
sərhəd məlumat bazasına daxil edilir.
7.5. Azərbaycan Respublikasının
gömrük ərazisindən tranzit qaydada keçirilən nəqliyyat vasitələri
qeyd edilən müddət ərzində çıxış sərhəd gömrük məntəqəsinə çatdırılmadıqda
(giriş sərhəd gömrük orqanına nəzarətdən çıxarılmaq üçün rəsmi
məlumat daxil olmadıqda), giriş sərhəd gömrük orqanı tərəfindən
qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülür.
8. Yekun müddəalar
8.1. Sükanı sağ tərəfdə olan nəqliyyat
vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi qadağandır.
8.2. Qaydalarla müəyyən olunmuş
müddət ərzində nəqliyyat vasitələri təyinat gömrük orqanına və
ya çıxış sərhəd gömrük orqanına çatdırılmadıqda və digər şərtlər
pozulduqda, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq
tədbirlər həyata keçirilir.
8.3. Nəqliyyat vasitələrinin gömrük
nəzarəti və gömrük rəsmiləşdirilməsi üzrə tələblərin pozulması
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
məsuliyyətin yaranmasına səbəb olur.
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir
(2004-cü il, ¹ 9-10, s. 14) («Azersoft»).
Əlavə ¹ 1
Nəqliyyat vasitəsinin təyinat gömrük
orqanına çatdırılmasına dair
Müvəqqəti vəsiqə ¹
___________________________________________________________________
(gömrük orqanının adı)
|
təsdiq edirik ki, adı, markası
_______________________________________________________
buraxılış ili ______________________________________________________________________
mühərrikin həcmi ________________________________________________________
kub. sm.
mühərrik nömrəsi ________________________________________________________________
şassi nömrəsi ____________________________________________________________________
ban nömrəsi _____________________________________________________________________
dövlət nömrə nişanı və ya
tranzit nömrəsi ____________________________________________
Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilmiş və ya aparılmış nəqliyyat vasitəsinə
dair ____________________________________________________________________________
(sənədin nömrəsi, seriyası,
verilmə tarixi və
_____________________________________________________________________
nəqliyyat vasitəsinin invoys
qiyməti)
texniki pasport, alqı-satqı
sənədi, invoys və s. gömrük orqanı tərəfindən sənədlərin təyinat
gömrük orqanına çatdırılması üçün götürülmüşdür.
Təyinat gömrük orqanı: ___________________________________________________________
Nəqliyyat vasitəsinin sahibi
haqqında məlumat
____________________________________________________________________
(nəqliyyat vasitəsi sahibinin
adı, atasının adı və soyadı)
____________________________________________________________________
(şəxsiyyəti təsdiq edən sənədin
nömrəsi, seriyası, verildiyi yer və tarix)
Gömrük orqanının qeydiyyatı:
Nəqliyyat vasitəsinin gömrük orqanına çatdırılması müddəti
72 saat müəyyən edilir.
«_____» ______________ 200____
il saat __________
_____________________________________________________________________
(gömrük orqanının vəzifəli
şəxsinin imzası və şəxsi ¹-li möhürü)
Nəqliyyat vasitəsinin göstərilən
müddət ərzində müəyyən olunmuş gömrük orqanına çatdırılmaması
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
müvafiq tədbirlərin görülməsinə səbəb olur.
____________________________________________________________________
(nəqliyyat vasitəsi sahibinin
imzası)
|
© AzerSoft
|