-Respublikamıza öz şəxsi istifadəsi üçün 1 ədəd mobil telefon gətirən şəxs buna görə nə qədər gömrük vergi və rüsumu ödəməlidir?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na əsasən fiziki şəxslər tərəfindən çəkisi 50 kiloqramadək və ya dəyəri (avtonəqliyyat vasitələri və aksizli mallar istisna olmaqla) 1000 ABŞ dollarına ekvivalent olan mallar gömrük məntəqələrindən gömrük vergi və rüsumu ödənilmədən keçirilir.