Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Respublikamıza idxal olunan təbii mineral sulara görə nə qədər gömrük vergi və rüsumu nəzərdə tutulur?

— Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» 30.12.2007-ci il tarixli 220 nömrəli qərarlarına əsasən respublikanın gömrük ərazisinə gətirilən 1 litr mineral sulara 0,20 ABŞ dolları həcmində idxal gömrük rüsumu və 18 faiz həcmində əlavə dəyər vergisi tətbiq olunur.

Rəsmi məlumatlar Arxiv    
02.08.2008
Ölkəmiz və xalqımız olimpiyaçılardan qələbələr gözləyir
Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək XXIX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının iyulun 30-da yolasalma mərasimi keçirilmişdir.

Daha ətraflı
02.08.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da ATƏT-in hazırkı sədrinin xüsusi elçisi Heyki Talvitiyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və mülki işçilərinin aylıq əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı orta hesabla 100 manat, mülki işçilərinin aylıq əməkhaqları isə orta hesabla 30 manat artırılıb. Bundan başqa, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği də 2 dəfə artırılıb.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb