Xaricdən fiziki şəxslər tərəfindən gətirilən minik avtomobillərindən nə qədər gömrük ödənişləri tutulur?
Yüngül minik avtomobilləri respublikanın gömrük ərazisinə gətirilərkən mühərrikinin həcmindən və gömrük dəyərindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 27.11.2007-ci il tarixli 189 nömrəli, «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli, «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə» 30.12.2007-ci il tarixli 220 nömrəli qərarlarına əsasən gömrük yığımına, istehsal buraxılış tarixindən 1 il ötməmiş (təzə) avtomobillərin hər kub sm. üçün 0,4 ABŞ dolları, istehsal buraxılış tarixindən 1 il ötmüş (köhnə) avtomobillərin hər kub sm. üçün 0,7 ABŞ dolları həcmində gömrük idxal rüsumuna və 18 faiz həcmində əlavə dəyər vergisinə cəlb olunurlar.
Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.4-cü bəndinə müvafiq olaraq aşağıda göstərilən cədvəl üzrə aksiz vergiləri tətbiq olunur.
| Minik avtomobilləri: |
Aksizin dərəcəsi: |
| mühərrikin həcmi 2000 kub santimetrədək olduqda |
Mühərrikin həcminin hər kub santimetrinə görə - 0,15 manat |
| mühərrikin həcmi 3000 kub santimetrədək olduqda |
300 manat + mühərrikin həcminin 2001 - 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 1 manat |
| mühərrikin həcmi 4000 kub santimetrədək olduqda |
1300 manat + mühərrikin həcminin 3001 - 4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 2 manat |
| mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda |
3300 manat + mühərrikin həcminin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə - 4 manat |