Fiziki şəxslər öz istifadələri üçün respublikamıza hansı miqdarda dərman preparatları gətirə bilərlər?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.8-ci bəndinə əsasən, fiziki şəxslər yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələrini Azərbaycan Respublikasına gətirə bilərlər.