Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   
Tranzit maşınlar Azərbaycan Respublikasının ərazisindən keçərkən hansı vergi və rüsumlar ödəyirlər?

— Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən (o cümlədən, tranzit) xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisi alınır. Yol vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin XV fəslinə və «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 3 dekabr 2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun 209, 210, 211 və 212-ci maddələrinə uyğun olaraq avtonəqliyyat vasitələrinin növündən, o cümlədən, avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, yük maşınları üçün oxların sayından, yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən və yüklərin təhlükəlilik dərəcəsindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı dərəcələrlə hesablanır:
1. Minik avtomobillərindən - 15 ABŞ dolları.
2. Avtobuslar üçün

3. Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrindən avtonəqliyyat vasitələrinin oxlarının sayından və Azərbaycan Respublikası ərazisində qaldığı müddətdən asılı olaraq

Tətbiq olunan verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə daşınan yüklərə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometrinə görə nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
37 tondan 41 tonadək olduqda        - 0,15 ABŞ dolları;
41 tondan 51 tonadək olduqda        - 0,30 ABŞ dolları;
51 tondan 61 tonadək olduqda        - 0,45  ABŞ dolları;
61 tondan 71 tonadək olduqda        - 0,60  ABŞ dolları;
71 tondan 81 tonadək olduqda        - 0,75  ABŞ dolları;
81 tondan çox olduqda                    - 1,8  ABŞ dolları qədər artırılır.
Tətbiq olunan verginin məbləği xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisindən istifadə edən avtonəqliyyat vasitələri ilə daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq:
az təhlükəli yüklər üçün            - 100 faiz;
təhlükəli yüklər üçün            - 200 faiz;
xüsusi təhlükəli yüklər üçün - 400 faiz artırılır.
Yüklərin təhlükəlilik dərəcəsi Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 913-İQ saylı qanununa uyğun olaraq 30 sentyabr 1957-ci il tarixdə Cenevrə şəhərində imzalanmış «Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi (DOPOQ)» ilə müəyyən olunur.

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb