Azərbaycana gətirilən televizorlardan hansı məbləğdə gömrük və vergi rüsumları alınır?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli Qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli Qərarına əsasən respublikanın gömrük ərazisinə gətirilən televizorlar gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumuna («Azad ticarət haqqında» Saziş bağlanmış ölkələrdən gətirilən və həmin ölkənin istehsalı olan mallar istisna olmaqla) və 18 faiz həcmində əlavə dəyər vergisinə cəlb olunurlar.