Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
—Respublikamıza xaricdən kommersiya məqsədi ilə gətirilən qızıl məmulatlarına nə qədər gömrük vergi və rüsumları tətbiq olunmalıdır?

—Azərbaycan Respublikasının gömrük ərazisinə kommersiya məqsədləri üçün hər hansı bir miqdarda gətirilən qızıl məmulatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarlarına əsasən, gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumuna («Azad ticarət haqqında» Saziş bağlanmış ölkələrdən gətirilən və həmin ölkənin istehsalı olan mallar istisna olmaqla) və 18 faiz həcmində əlavə dəyər vergisinə cəlb olunurlar.

Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb