Xaricdən Azərbaycana idxal olunan avtonəqliyyat hissələri nə qədər gömrük vergi və rüsumuna cəlb olunur?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12.04.2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarlarla tənzimlənir.
Eyni zamanda, bildiririk ki, respublikamıza idxal olunan mallar kodlarından asılı olaraq gömrük vergi və rüsumlarına cəlb olunurlar.