Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
             Az | Ru | En |
          
 
 
   
Azərbaycan Respubilkasına gələn poçt bağlamalarına hansı gömrük vergi və rüsumları tətbiq edilir?

— Respublikanın gömrük ərazisinə gətirilən mallara gömrük vergi və rüsumları Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tətbiq edilir.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.1.2. yarımbəndinə əsasən fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər.

Rəsmi məlumatlar Arxiv    
04.10.2008
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də ABŞ dövlət katibinin müavini Con Neqropontenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıq münasibətlərinin bugünkü vəziyyəti, inkişaf istiqamətləri və gələcək perspektivləri, habelə bir sıra beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Daha ətraflı
    © 2006 — 2008, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi   Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb