Financial and Legal Consulting of The CIS Regional Cluster
             Az | Ru | En |
          
 
 
   

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 4, maddə 79; 1993-cü il, ¹ 5, maddə 132; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 378; 1998-ci il, ¹ 1, maddələr 15, 16; 1999-cu il, ¹ 4, maddə 228, ¹ 5, maddə 286; 2001-ci il, ¹ 6, maddələr 362, 363, ¹ 12, maddələr 731, 736; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci maddənin 2-ci bəndində «yalnız prokurorun sanksiyasına və ya məhkəmənin qərarına əsasən» sözləri «qanunvericiliklə müəyyən edilmiş qaydada» sözləri ilə əvəz edilsin.

2. 31-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Hərbi qulluqçular barəsində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir».

II. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 18, maddə 814; 1994-cü il, ¹ 15, maddə 177; 1995-ci il, ¹ 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddələr 453, 494; 1998-ci il, ¹ 1, maddə 10; 1999-cu il, ¹ 5, maddə 284; 2000-ci il, ¹ 6, maddə 379; 2001-ci il, ¹ 2, maddə 88, ¹ 3, maddə 145, ¹ 6, maddə 363, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 246, ¹ 6, maddə 328, ¹ 8, maddələr 463, 464; 2003-cü il, ¹ 1, maddə 16; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 569-IIQD saylı qanunu; Azərbaycan Respublikasının 2004-cü il 13 yanvar tarixli, 589-IIQD saylı qanunu) 68-ci maddəsinin birinci hissəsinin üçüncü abzası çıxarılsın.

III. «Sərhəd qoşunları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 15; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) 5-ci maddəsinin 12-ci bəndində «maneəsiz» sözü «qanunvericiliklə müəyyən edilmiş qaydada» sözləri ilə əvəz edilsin.

IV. «Daxili qoşunların statusu haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 17, maddə 233; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 1, maddə 15; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin «d» bəndində «ağır» sözü çıxarılsın və «ərazisinə və otaqlarına günün istənilən vaxtında maneəsiz daxil olmaq və onları gözdən keçirmək;» sözləri «ərazilərinə, binalarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada girmək;» sözləri ilə əvəz edilsin.

2. 18-ci maddənin birinci hissəsinin «a» bəndində «ərazisinə və otaqlarına daxil olmaq və oranı gözdən keçirmək;» sözləri «ərazilərinə, binalarına girmək;» sözləri ilə əvəz edilsin.

3. 18-ci maddənin ikinci hissəsində «ərazi prokuroruna 24 saat ərzində məlumat verir.» sözləri «24 saat müddətində müvafiq prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hərəkətləri həyata keçirir.» sözləri ilə əvəz edilsin.

V. «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 226; 2001-ci il, ¹ 11, maddə 683, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 241; 2003-cü il, ¹ 1, maddə 21) 8-ci maddəsinin ikinci hissəsi çıxarılsın.

VI. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli, 947 nömrəliqanunu ilə təsdiq edilmiş «Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 8, maddə 158; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 2, maddə 59) 14-cü maddəsinin üçüncü hissəsində «görməli və materialları hərbi prokurorluğa göndərməlidir.» sözləri «görməlidir.» sözü ilə əvəz edilsin.

VII. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi»nə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, ¹ 22, maddə 347) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2-ci maddənin üçüncü abzasında «taborunda» sözü «xarakterli hərbi hissədə» sözləri ilə əvəz edilsin.

2. 26-cı maddənin on səkkizinci abzasında «məhkəmə-istintaq orqanlarının tələbi ilə dindirilməyə və ya məhkəməyə» sözləri «cinayət prosesini həyata keçirən orqanın (təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin) tələbi ilə prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə» sözləri ilə əvəz edilsin.

3. 28-ci maddədə «Tutulmuş» sözü «İntizam qaydasında tutulmuş» sözləri ilə, «tutulduğu» sözü isə «tutulub saxlanıldığı» sözləri ilə əvəz edilsin.

4. 29-cu maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

«Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada saxlanılırlar və onlar barəsində həmin qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.».

5. 52-ci maddənin üçüncü abzasında «(müstəntiqin, təhqiqat aparan şəxsin və hərbi prokurorun qərarlarını, hökmün surətini, hərbi tribunalın qərardadını)» sözləri «(cinayət prosesini həyata keçirən orqanın qərarını)» sözləri ilə əvəz edilsin.

6. 52-ci maddənin səkkizinci abzasında «məhkəmə-istintaq orqanlarının tələbi ilə istintaqa və ya məhkəməyə» sözləri «cinayət prosesini həyata keçirən orqanın tələbi ilə prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə» sözləri ilə əvəz edilsin.

7. 154-cü maddənin ikinci abzasında «müstəntiqin və ya istintaq aparan şəxsin hərbi prokuror tərəfindən sanksiya verilmiş qərarına, hərbi prokurorun qətimkan tədbiri kimi həbsəalma haqqında qərarına, hərbi tribunalın hökmünə və ya qərarına, həmçinin istintaq orqanlarının və müstəntiqin qərarına əsasən cinayət törətməkdə şübhəli olan» sözləri «cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən» sözləri ilə əvəz edilsin.

8. 154-cü maddənin doqquzuncu abzasında «mühakimədə, istintaqda olan həbs edilənlər və ya məhbuslar, həmçinin cinayət törətməkdə şübhə doğurduğuna görə tutulanlar» sözləri «cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş şəxslər» sözləri ilə əvəz edilsin.

9. 155-ci maddədə «həbs edilənləri və istintaq orqanları tərəfindən tutulub saxlananları və məhkumları» sözləri «cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş şəxsləri» sözləri ilə əvəz edilsin.

10. 4 saylı əlavə üzrə:

a) 3-cü bənd aşağıdakı redaksiyada verilsin:

«Hauptvaxtda intizam qaydasında və cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular saxlanılırlar (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdən çox olmamaqla).»;

b) 6-cı bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

«Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular hauptvaxta həmin orqanın qərarı ilə göndərilirlər.»;

c) 6-cı bəndin üçüncü abzası çıxarılsın;

ç) 7-ci bənddə «istintaq orqanı tərəfindən həbs edilmiş və hərbi tribunal tərəfindən məhkum edilmiş» sözləri «cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş» sözləri ilə əvəz edilsin;

d) 11-ci bənddə «İstintaq orqanları» sözləri «Cinayət prosesini həyata keçirən orqan» sözləri ilə əvəz edilsin;

e) 14-cü bəndin birinci abzasında «(müstəntiqin, istintaq aparan şəxsin, prokurorun, hərbi tribunalın qərarında, hökmün surətində)» sözləri «(cinayət prosesini həyata keçirən orqanın qərarında)» sözləri ilə əvəz edilsin;

ə) «Hauptvaxtda saxlananlar kitabı»nın qeydi aşağıdakı redaksiyada verilsin:

«Qeyd: «Kim həbs edib» sütununda cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş şəxslər üçün cinayət prosesini həyata keçirən orqanın adı və müvafiq qərarı qəbul edən şəxsin adı, soyadı və vəzifəsi yazılır.»;

f) əlavənin «Hərbi tribunal tərəfindən məhkum edilmiş, yaxud istintaq orqanları tərəfindən həbs edilmiş hərbi qulluqçuların hauptvaxtda saxlanılması» hissəsinin adı «Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərin hauptvaxtda saxlanılması» sözləri ilə əvəz edilsin;

g) 32-ci bənddə «Hərbi tribunal tərəfindən məhkum edilmiş, istintaq orqanları tərəfindən həbs edilmiş, yaxud tutulmuş» sözləri «Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş)» sözləri ilə əvəz edilsin;

ğ) 33-cü bəndin birinci abzasında «Hərbi tribunal tərəfindən hauptvaxtda saxlanmağa məhkum edilmiş və istintaq orqanları tərəfindən həbs edilmiş» sözləri «Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş)» sözləri ilə əvəz edilsin;

h) 33-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

«Qalan məsələlərdə cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinintələblərinə riayət edilməklə, intizam qaydasında həbs edilənlər kimi saxlanılırlar. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərin hüquqi statusundan asılı olaraq, onların cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hüquqları təmin edilir.»;

x) 33-cü bəndin üçüncü abzasının birinci cümləsində «İşi məhkəmədə, istintaqda olan həbs edilənlərlə» sözləri «Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərlə» sözləri ilə əvəz edilsin;

i) 33-cü bəndin üçüncü abzasının ikinci cümləsi çıxarılsın;

ı) 34-cü bənddə «Müstəntiqin, istintaq aparan şəxsin və hərbi prokurorun qərarı ilə həbs edilmiş, eləcə də məhkum edilmiş» sözləri «Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş)» sözləri ilə, «istintaq orqanı, hərbi prokurorluq, yaxud hərbi tribunalla» sözləri isə «cinayət prosesini həyata keçirən orqanla» sözləri ilə əvəz edilsin;

j) 35-ci bəndin birinci abzasında «müstəntiqlər cinayət işlərini istintaq edərkən şəxsi» sözləri «cinayət prosesini həyata keçirən orqanların əməkdaşları xidməti» sözləri ilə əvəz edilsin;

k) 37-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

«Qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) hərbi qulluqçular qarnizon hərbi komendantı (hərbi hissə qərargahı rəisi), yaxud hauptvaxt rəisi tərəfindən cinayət prosesini həyata keçirən həmin orqanın müvafiq qərarına əsasən, habelə onların saxlanılma müddəti başa çatdıqda, dərhal hauptvaxtdan azad edilirlər. Saxlanılma müddəti başa çatmış şəxslərin azad edilməsi barədə cinayət prosesini həyata keçirən müvafiq orqana məlumat verilir.»;

q) 40-cı bənddə «İstintaqda olanları və məhkum edilmişləri» sözləri «Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxsləri» sözləri ilə əvəz edilsin;

l) 42-ci bəndin ikinci və üçüncü abzaslarında «həbs edilmiş» sözlərindən əvvəl «intizam qaydasında» sözləri əlavə edilsin;

m) 42-ci bəndin beşinci abzasında «həbs edilib istintaqda olanlar» sözləri «cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər» sözləri ilə əvəz edilsin;

n) 43-cü bəndin ikinci abzasında «həbs edilmiş» sözlərindən əvvəl «intizam qaydasında» sözləri əlavə edilsin və «kiçik zabitlər və baş» sözləri çıxarılsın;

o) 43-cü bəndin üçüncü abzasında «istintaqda olanlar» sözləri «cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər» sözləri ilə əvəz edilsin;

ö) 44-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

«Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslər barəsində prosessual hərəkətlərin həyata keçirilməsi üçün otaq;».

VIII. «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 3, maddə 167; 2001-ci il, ¹ 11, maddə 691; 2002-ci il, ¹ 12, maddə 706) 46-cı maddəsinin 2-ci bəndindən «mülki-prosessual və cinayət-prosessual məcəllələrinə və digər» sözləri çıxarılsın.

IX. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 413; 1999-cu il, ¹ 5, maddə 284, ¹ 7, maddə 396, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 5, maddə 292, ¹ 6, maddə 379, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 6, maddə 278; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) 10-cu maddəsinin ikinci hissəsindən «və müttəhimin» sözləri çıxarılsın.

X. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 447; 1999-cu il, ¹ 10, maddə 570; 2001-ci il, ¹ 11, maddələr 676, 686, 695, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2003-cü il, ¹ 1, maddələr 3, 16, 23; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. IX bölmənin adında «təhqiqat» sözündən sonra «, istintaq» sözü əlavə edilsin.

2. 34-cü fəslin adına «təhqiqatın» sözündən sonra «və istintaqın» sözləri əlavə edilsin.

3. 217-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 217. Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması

Azərbaycan Respublikasının gömrük orqanları gömrük işi sahəsində cinayətlər haqqında işlər üzrə təhqiqat və istintaq orqanlarıdır.

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsiilə tənzimlənir.».

4. 219-cu maddədə «təhqiqatının» sözündən sonra «və istintaqının» sözləri əlavə edilsin.

5. 220-ci maddədə «bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq» sözləri «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər» sözləri ilə əvəz edilsin.

XI. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 137; 2002-ci il, ¹ 12, maddə 701; 2003-cü il, ¹ 8, maddə 424; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) 4-cü maddəsinin II hissəsinin 1-ci bəndində «silaha» sözü «silahı» sözü ilə və «yerə baxış keçirə;» sözləri «yeri yoxlaya;» sözləri ilə əvəz edilsin.

XII. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 8, maddə 484; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 11, maddələr 676, 687, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) 42-ci maddəsinin birinci və ikinci hissələri aşağıdakı redaksiyada verilsin:

«Uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləriAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsiilə müəyyən edilir.

Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağir zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir».

XIII. «Məlumat azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 561; 2000-ci il, ¹ 3 (I kitab), maddə 136; 2003-cü il, ¹ 4, maddə 178) 14-cü maddəsinin beşinci hissəsində «Məhkəmənin qərarı olmadan» sözləri «Qanunvericilikdə nəzərdə tutulmamış hallarda» sözləri ilə əvəz edilsin.

XIV. «Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 2, maddə 56; 2002-ci il, ¹ 6, maddə 328) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin ikinci hissəsinin 2—4-cü bəndləri aşağıdakı redaksiyada verilsin:

«2) cinayət işi üzrə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və nümayəndəsi, xüsusi ittihamçı və onun nümayəndəsi;

3) şübhəli və ya təqsirləndirilən şəxs, onların müdafiəçiləri və qanuni nümayəndələri;

4) mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və nümayəndələri;».

2. 6-cı maddənin ikinci hissəsində «məhkəmə (hakim), prokuror tərəfindən, habelə prokurorun razılığı ilə icraatında cinayət işi olan və ya cinayət haqqında məlumat daxil olmuş müstəntiq və ya təhqiqat orqanı» sözləri «Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan» sözləri ilə əvəz edilsin.

3. 17-ci maddənin ikinci və üçüncü hissələri aşağıdakı redaksiyada verilsin:

«Cinayət prosesində iştirak edən şəxslərin onların müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətlərinə və xahişlərinə cinayət prosesini həyata keçirən orqan təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 72 saatdan gec olmayaraq baxmalıdır. Vəsatətə və ya xahişə baxılması nəticəsi ərizəçiyə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan tərəfindən müvafiq qərarın surəti göndərilməlidir.

Ərizəçi onun müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsinə dair qərarın surətini aldıqdan sonra beş gün müddətində məhkəməyə şikayət etməyə, yaxud vəsatətin və ya xahişin verildiyi andan yeddi gün müddətində cinayət prosesini həyata keçirən orqanın müvafiq qərarının surətini almadıqda, təhlükəsizlik tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır.».

4. 17-ci maddənin dördüncü hissəsində «cinayət işi üzrə icraat aparan və ya cinayət haqqında məlumata (ərizəyə) baxan təhqiqat orqanına, müstəntiqə, prokurora və ya məhkəməyə (hakimə)» sözləri «cinayət prosesini həyata keçirən orqana» sözləri ilə əvəz edilsin.

XV. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 2, maddə 62; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Preambulada «hərəkətləri» sözündən sonra «(səhvi və ya sui-istifadəsi)» sözləri əlavə edilsin.

2. 1-ci maddənin birinci hissəsində:

a) «orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq:» sözləri «orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində:» sözləri ilə əvəz edilsin;

b) 1-ci və 2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

«1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması;

2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması;»;

c) 3-cü və 4-cü bəndlər müvafiq olaraq 7-ci və 8-ci bəndlər hesab edilsin və həmin bəndlərdə «barəsində» sözündən əvvəl «şəxsin» sözü əlavə edilsin;

ç) aşağıdakı məzmunda 3-6-cı bəndlər əlavə edilsin:

«3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi;

4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi;

5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması;

6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması;».

3. 4-cü maddə üzrə:

a) birinci hissədə «müəyyən edilmiş» sözlərindən sonra «hallarda,» sözü əlavə edilsin;

b) birinci hissənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda;»;

c) üçüncü hissədə «bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində nəzərdə tutulmuş hallarda» sözləri çıxarılsın.

4. 5-ci maddənin 1—5-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

«1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;

2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;

3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;

4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;

5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.».

5. 5-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

«Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.».

6. 7-ci maddə üzrə:

a) maddənin adında «vurulmuş» sözündən sonra «fiziki və» sözləri əlavə edilsin;

b) maddənin birinci və ikinci hissələri müvafiq olaraq, ikinci və üçüncü hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda birinci hissə əlavə edilsin:

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.»;

c) üçüncü hissədə «vurulmuş» sözündən sonra «fiziki və» sözləri əlavə edilsin;

ç) maddəyə aşağıdakı məzmunda dördüncü və beşinci hissələr əlavə edilsin:

«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində zərər çəkmiş şəxsin (bu şəxs öldüyü, yaxud fəaliyyət qabiliyyətini itirdiyi hallarda isə—onun hər hansı qohumunun) tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməli, habelə şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir. Göstərilən halda kütləvi informasiya vasitəsi tərəfindən icrası məcburi olan müvafiq tələbi, həmçinin ərazi və ya ixtisaslaşdırılmış prokuror verməyə haqlıdır.

Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları onların səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.».

7. 8-ci maddənin birinci hissəsində «təmin edilməlidir» sözlərindən sonra «və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir» sözləri əlavə edilsin.

8. 8-ci maddənin üçüncü hissəsi çıxarılsın.

9. 11-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Şəxs barəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, habelə inzibati xəta barədə iş üzrə icraata xitam verildikdə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin və ya inzibati xətalar haqqında işlər üzrə icraatın gedişində mümkün olmadıqda, həmin orqan buna hüququ olan şəxsə (bu şəxs olmadıqda isə—onun hər hansı qohumuna) pozulmuş hüquqlarının bərpa edilməsi və vurulmuş ziyanın ödənilməsi qaydalarını izah etməlidir.».

10. 12-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

«Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.».

XVI. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə 213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) 301-ci maddəsinin ikinci hissəsində «başlama haqqında hakim qərardad çıxarmalıdır.» sözləri «başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir.» sözləri ilə əvəz edilsin.

XVII. «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 8, maddə 475; 2001-ci il, ¹ 11, maddə 676; 2002-ci il, ¹ 5, maddə 258) 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində «üç günədək müddətə saxlamaq;» sözləri «Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə tutmaq;» sözləri ilə əvəz edilsin.

XVIII. «Polis haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 11, maddə 611; 2001-ci il, ¹ 11, maddə 699, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 3, maddə 118, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddə 22, ¹ 8, maddə 424; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1-ci maddənin dördüncü və beşinci abzasları aşağıdakı redaksiyada verilsin:

  • «tutulma—Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır;
  • həbs—inzibati xətanın törədilməsinə görə inzibati tənbeh kimi və ya qətimkan tədbiri qismində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsindənəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla müvafiq həbsdə saxlanılma yerində saxlanılmasıdır;».

2. 6-cı maddənin II hissəsinə «dövlət,» sözündən sonra «ailə,» sözü əlavə edilsin.

3. 17-ci maddənin 3-cü və 5-ci bəndlərində «bu Qanunla müəyyənləşdirilmiş hallarda» sözləri «qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada» sözləri ilə əvəz edilsin.

4. 21-ci maddənin IV hissəsi çıxarılsın.

5. 23-cü maddə üzrə:

a) maddənin mətni I hissə hesab edilsin;

b) I hissənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«3) tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməlidir;»;

c) I hissənin 5-ci bəndindən «xüsusi təhlükəli dövləti cinayət törətmiş şəxs istisna olmaqla,» sözləri çıxarılsın və həmin bənddə «məlumat verməlidir» sözlərindən sonra «(qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir) ;» sözləri əlavə edilsin;

ç) I hissənin 8-ci və 9-cu bəndləri çıxarılsın;

d) aşağıdakı məzmunda II hissə əlavə edilsin:

«II. Polis əməkdaşı tutulmuş və ya həbs edilmiş şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlarını təmin edir.».

6. 24-cü maddə üzrə:

a) I hissədə «aşağıdakı hallarda» sözlərindən sonra «qanunvericiliklə müəyyən edilmiş qaydada» sözləri əlavə edilsin;

b) II hissədə «şübhələri olduğu halda» sözlərindən sonra «qanunvericiliklə müəyyən edilmiş qaydada» sözləri əlavə edilsin;

c) IV hissə çıxarılsın.

7. 25-ci maddə üzrə:

a) maddənin mətni I hissə hesab edilsin;

b) I hissənin 6-cı bəndi çıxarılsın;

c) I hissənin 7-ci bəndində «yaşayan şəxslərin intim» sözləri «yaşayanların şəxsi və ailə» sözləri ilə əvəz edilsin;

ç) aşağıdakı məzmunda II hissə əlavə edilsin:

«II. Polis əməkdaşı mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir.».

XIX. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 11, maddə 612; 2002-ci il, ¹ 5, maddə 250, ¹ 6, maddə 328) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 10-cu maddənin V hissəsində «məhkəməyə» sözü «məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora» sözləri ilə əvəz edilsin.

2. 11-ci maddənin IV hissəsinin 2-ci bəndi çıxarılsın.

3. 16-cı maddənin I hissəsi aşağıdakı redaksiyada verilsin:

«I. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.».

4. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

«Maddə 19-1. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti

Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.».

XX. «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 12, maddə 688; 2000-ci il, ¹ 7, maddə 494; 2002-ci il, ¹ 8, maddə 464; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 4-cü maddənin birinci hissəsinin üçüncü abzasında, 17-ci maddənin adında və ikinci hissəsində «ibtidai istintaqa» sözləri «cinayət işi üzrə ibtidai araşdırmaya» sözləri ilə əvəz edilsin.

2. 19-cu maddənin ikinci hissəsində «istintaqa» sözü «araşdırmaya» sözü ilə əvəz edilsin.

3. 23-cü maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

«Prokuror prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda da təqdimat verə bilər.».

4. 33-cü maddənin ikinci hissəsinin birinci cümləsində «saxlanılması» sözü «tutulması» sözü ilə əvəz edilsin.

5. 33-cü maddənin ikinci hissəsinin üçüncü cümləsində və həmin maddənin dördüncü hissəsində «saxlanılan» sözü «tutulmuş» sözü ilə əvəz edilsin.

XXI. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 7; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 10-cu maddənin birinci hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

  • «eksperti bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparmaq;».

2. 10-cu maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

«Məhkəmə ekspertizası idarəsi rəhbəri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir.».

3. 12-ci maddənin birinci hissəsinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

  • «qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək;».

4. 12-ci maddənin ikinci-dördüncü hissələri müvafiq olaraq, üçüncü-beşinci hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

«Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları da həyata keçirə bilər.».

5. 13-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

«Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri də həyata keçirir.».

6. 14-cü maddənin birinci hissəsində «olmadıqda və ya» sözlərindən sonra «həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə» sözləri əlavə edilsin.

7. 17-ci maddədə «əvvəlki tədqiqatla bağlı əlavə sualların həll edilməsi zərurəti olduqda» sözləri «tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün» sözləri ilə əvəz edilsin.

8. 18-ci maddənin birinci və ikinci hissələri aşağıdakı redaksiyada verilsin:

«Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda, təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən, onlar iştirak etmirlər.

Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.».

9. 20-ci maddənin birinci hissəsində «sahələrindən istifadə etməklə tədqiqat aparılmasını tələb edərsə,» sözləri «və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə» sözləri ilə əvəz edilsin.

10. 21-ci maddədə «təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və ya məhkəmənin qərardadı ilə» sözləri çıxarılsın.

11. 22-ci maddənin birinci hissəsində «məhkəmənin qərardadı» sözlərindən sonra «, habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə tutulmuş müraciət» sözləri əlavə edilsin.

12. Qanuna aşağıdakı məzmunda 22-1-ci maddə əlavə edilsin:

«Maddə 22-1. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin təşəbbüsü ilə ekspertizanın aparılması

Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir.

Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, ekspertizanın müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparılması zamanı ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.».

13. 26-cı maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

«Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə, ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır.».

XXII. «Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 18; 2001-ci il, ¹ 11, maddə 687, ¹ 12, maddə 731; 2003-cü il, ¹ 1, maddə 23; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) 7-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında «müttəhim» sözü «təqsirləndirilən şəxs» sözləri ilə əvəz edilsin.

XXIII. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 19; Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli, 568-IIQD saylı qanunu) 16-cı maddəsinin III hissəsində «hakim,» sözündən sonra «andlı iclasçı,» sözləri, «tərcüməçi» sözündən sonra «, mütəxəssis, məhkəmə iclasının katibi» sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 5 mart 2004-cü il.

¹ 598-IIQD.

«Azərbaycan» qəzetində dərc edilmişdir (1aprel 2004-cü il, ¹ 75) («AzerSoft»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2004-cü il, ¹ 3, maddə 133) («AzerSoft»).

© AzerSoft

Rəsmi məlumatlar Arxiv    
06.10.2007
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Prezident sarayında Qara Dəniz və Xəzər Dənizi Sahibkarlar Konfederasiyaları Birliyinin və Türk Sənayeçiləri və İş Adamları Birliyinin prezidenti Arzuxan Doğanı, Mərmərə qrupu vəqfinin sədri Akkan Suveri və ATA Holdinqin baş direktoru Əhməd Erentoku qəbul etmişdir. Azərbaycan Prezidenti ölkəmizdə “Qara dəniz və Xəzər dənizi regionunda regional birbaşa xarici investisiyalar” mövzusunda beynəlxalq konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd etdi və konfrans iştirakçılarına təbrik məktubu ünvanladığını bildirdi.

Daha ətraflı
06.10.2007
Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin böyük perspektivləri var. Xorvatiya Prezidenti Stepan Mesiçin Azərbaycana rəsmi səfəri
Oktyabrın 2-3 tarixlərində Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Fəxri xiyabana gəlmişdir.
Xorvatiya dövlətinin başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anaraq, məzarı önünə əklil qoydu.
Xorvatiya Prezidenti görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər gül dəstəsi qoydu.

Daha ətraflı
06.10.2007
MDB dövlət başçılarının növbəti zirvə toplantısı keçirilir
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə yola düşmüşdür.
Düşənbə hava limanında Prezident İlham Əliyevi Tacikistanın nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur və MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katib Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılamışlar.

Daha ətraflı
    © 2006 — 2007, Financial and Legal Consulting of The CIS Supported by «Marco Computer Technologies» Dizayn MEQA şirkəti tərəfindən hazırlanıb