|
|
| Xəbərlər |
Arxiv |
|
|
11.10.2008
Gömrükçülərin müsadirə etdikləri kitablar Azərbaycandakı Yəhudi icmalarına bağışlanmışdır
Oktyabrın 6-da Quba rayonunda dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədəki Sinaqoqda Azərbaycan gömrükçüləri tərəfindən ölkə sərhədindən qeyri-qanuni keçirilməsinə cəhd göstərilərkən müsadirə edilmiş kitabların təqdim olunma mərasimi keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sahib Axundov, "Azərterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyin əməkdaşları və Xaçmaz rayonunun Qırmızı Qəsəbədəki Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Boris Simanduyev iştirak etmişlər.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
11.10.2008
10551 qram heroin aşkar edilmişdir
Astara Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, İran İslam Respublikasının vətəndaşı Cabbar-Necad Ramin Mikayıl oğlu idarə etdiyi "İveko" markalı, THR-69512/3 nömrəli yük maşını ilə İrandan Azərbaycana gələrkən Astara Gömrük İdarəsinin Yük şöbəsində gömrük nəzarətindən keçirilmişdir.
|
|
|
|
|
|
|
|
|